SON DƏQİQƏ! Güclü yanğın başladı: FHN ərazidədir
Tarix: 18-07-2021, 14:53 Xəbərə baxış: 113
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhəri ərazisində yerləşən məişət tullantıları poliqonunda yanğın olması barədə məlumat daxil olub.Bu barədə
RegionTV.info-ya FHN-in Mətbuat xidmətindən bildirilib.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.