Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) “Tağıyev”, “Pirşağı” sularda xilasetmə məntəqələrinin ərazisində və 2 halda məntəqədən kənarda (qeyri-çimərlik ərazi) çimərkən 5 nəfər batma təhlükəsi ilə üzləşib.
RegionTV.info xəbər verir ki, FHN-dən verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həmin şəxslər xilas edilib.
Xəbəri paylaş