Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
RegionTV.info-nun məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Rayonun Bilgəh qəsəbəsində yerləşən çimərlik ərazisində iki avtomobil toqquşması nəticəsində avtomobildə olan sərnişin 2020-ci il təvəllüdlü Qurbanova Rüqəyya Tərlan qızı xəsarət alıb.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
Xəbəri paylaş