Belçikada daşqınlar nəticəsində ölənlərin sayı 27-yə çatıb.
RegionTV.info xəbər verir ki, ölkə boyu axtarış xilasetmə işləri davam etdiyindən bu rəqəm yenə arta bilər.
Bu həftə ölkənin cənub bölgələrini ağuşuna alan leysan yağışları indiyədək misli görünməmiş daşqın və sel fəlakətinə gətirib çıxardı. Baş nazir
Aleksander de Kroo təbii fəlakət nəticəsində ölənlərlə bağlı iyulun 20-da matəm günü elan edib.
Xəbəri paylaş