Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Rəsul Quliyev: “Azərbaycan Ordusu təxribat törədənləri, atəş açanları məhv etməlidir”

“Azərbaycanla Ermənistan arasında müharibə başlamasını istəyən qüvvələr mövcuddur. Bu qüvvələr həm Ermənistanın daxilində, həm də bu müharibədən istifadə edib o regionu özünə tabe etmək istəyən Rusiyada  var”.
 
RegionTV.info-nun  xəbərinə görə, bunu Azərbaycanın sabiq spikeri Rəsul Quliyev bildirib.
 
Sabiq spiker qeyd edib ki, Ermənistanda bu qüvvələr Paşinyan və onun komandasına, hətta Müdafiə Nazirliyinə tabe olmur: “Bu generallar, polkovniklər Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsi (QRU) tərəfindən idarə edilir. Hadisələrin bu istiqamətdə inkişafını qətiyyətlə almaq lazımdır. Vətən müharibəsində göstərilən qətiyyət yenidən özünü göstərməlidir. İlk növbədə Paşinyan konstitusiya məhkəməsinin qərarından sonra hakimiyyəti yeni hökumətlə götürməli və ordusunu başqa ölkənin agentləri olan zabit və generallardan çəkinmədən təmizləməlidir. İkincisi başqa ölkələrə agentlik edib daxildə xaos yaratmaq istəyən siyasi qüvvələri xalqının məhkəməsinə verməyə cəhd göstərməlidir, başqa sözlə, iç üzlərini açmalı, bu işdə suçlananları həbs etdirməlidir. Azərbaycan Ordusu sərhədlərində təxribat törədənləri, atəş açan silahlıları (sərhədi keçməmək şərtilə) kütləvi məhv etməlidir. Bütün sərhəd boyu ərazilər baş verən hadisələri göstərən və yazan cihazlarla nəzarətdə saxlanmalıdır. Azərbaycanın apardığı müstəqil siyasət artdıqca ona qarşı təxribatlar da artacaq. Şimalda Azərbaycanın heç bir dostu, qardaşı yoxdur, heç vaxt olmayıb və yaxın gələcəkdə olmayacaq. Azərbaycan Silahlı Qüvvələrinin qaymaqlarını Şuşa, Qubadlı, Laçın rayonlarında gücləndirmək və bu zonadakı Rusiya silahlı qüvvələrinin səlahiyyətlərini tədricən məhdudlaşdırmaq lazımdır. İlk növbədə Laçın dəhlizinin Ermənistanla sərhədində Azərbaycan sərhəd qoşunları yerləşdirilməlidir”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də