Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Xətai rayonu üzrə keçirdiyi növbəti monitorinqlər zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan fəaliyyət göstərən 7 heyvan kəsimi və ət satışı məntəqəsinə dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə və inzibati tədbirlər görülməsinə baxmayaraq, onların qanunsuz fəaliyyəti davam etdirdikləri aşkar olunub.
RegionTV.info xəbər verir ki, AQTA-dan verilən məlumata görə, nöqsanlar aşkarlanan heyvan kəsimi məntəqələrinin ünvanları aşağıdakılardır:
1. Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov 56 küçəsində yerləşən, fiziki şəxs Rüstəmov Rüstəm Səxavət oğluna məxsus heyvan kəsimi məntəqəsi;
2. Bakı şəhəri, Xətai rayonu, Q.Nəbi 10 küçəsində yerləşən, fiziki şəxs Qubadov Səid Yaşar oğluna məxsus heyvan kəsimi məntəqəsi;
3. Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Z.Yusifov küçəsində yerləşən, fiziki şəxs İmanov Vüsal Aqil oğluna məxsus heyvan kəsimi məntəqəsi;
4. Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Z.Yusifov 28 ünvanında yerləşən, fiziki şəxs Qasımov Qulu Əliş oğluna məxsus heyvan kəsimi məntəqəsi;
5. Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov küçəsində yerləşən, fiziki şəxs İsaqzadə Nicat Şaiq oğluna məxsus heyvan kəsimi məntəqəsi;
6. Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Z.Yusifov küçəsində yerləşən, fiziki şəxs İmanov Vüsal Aqil oğluna məxsus heyvan kəsimi məntəqəsi;
7. Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov küçəsində yerləşən, fiziki şəxs Səfərov Amil Fazil oğluna məxsus heyvan kəsimi məntəqəsi.
Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
Xəbəri paylaş