Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Fəhlələri müqaviləsiz işlədən şirkət 20 min manat cərimələnib

Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsində (CTKİ) bir sıra hüquqi şəxslər barəsində başlanmış inzibati xəta haqqında icraatlar üzrə cərimələr tətbiq edilib.

RegionTV.info  xəbər verir ki,  Baş Prokurorluqdan verilən məlumata görə, hüquqi şəxs “Fam-88” MMC-nin vəzifəli şəxsi Rafiq Tağıyev qanunvericiliklə nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslər Tofiq İslamov və Məhəmməd Cəbrayılovu Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi 1 ünvanında inşa edilən yaşayış binasının tikintisinə fəhlə kimi işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə, “Fam-88” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati icraat başlanaraq, baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilmiş və nəticədə MMC barəsində 20 min manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri seçilib.

Bundan başqa, “Aqro Az” MMC, “Gidromaşservis” QSC, “Retro Holding” MMC və “P.P-Production Company LTD” MMC fəaliyyətlərində inzibati xətalara yol verildiyinə görə barələrində İXM-nin müxtəlif maddələri ilə CTKİ-də inzibati icraatlar başlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib, müvafiq qərarlarla həmin hüquqi şəxslər barəsində inzibati cərimə tətbiq edilib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də