Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Abşeronda karantin qaydalarını pozan toy təşkilatçıları cərimələnib

Abşeron Rayon Polis İdarəsinin Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Vergi Xidməti əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində yerləşən "Tri palma" restoranında pandemiya tələblərinin pozulduğu müəyyən edilib.

RegionTV.info  xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, araşdırma zamanı toy məclisinin “icazə.e-gov.az” portalında qeydiyyatdan keçmədiyi, toy məclisi zamanı qonaqların müəyyən edilən saydan çox olduğu aşkarlanıb.

Baş vermiş qayda pozuntuları ilə əlaqədar restorana cavabdeh şəxslər Elşən Əliyev və İlqar Muradov barəsində qanuna müvafiq tədbirlər görülüb və onlar barəsində inzibati tənbeh tədbirləri tətbiq edilib.

Zərdab Rayon Polis Şöbəsi də Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Vergi Xidməti əməkdaşlarının birgə keçirdikləri yoxlamalar zamanı rayon ərazisində yerləşən "Kür" restoranında keçirilən toy məclisində müəyyən edilmiş saydan artıq şəxsin,yəni 260 nəfərin toplaşdığı aşkar edilib.

Aşkarlanan qayda pozuntusu ilə əlaqədar məclisin təşkilatçısı Elmir Həsənov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib və o 4000 manat məbləğində cərimələnib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də