ATƏT-in Minsk Qrupu həmsədrləri və Azərbaycan nümayəndəsinin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar aparılır.
“Ölkə.Az” xəbər verir ki, Cenevrədə baş verən görüş haqda məlumatı Fransanın BMT-nin Cenevrə ofisi yanında Daimi nümayəndəliyi yayıb.
Görüş qapalı formada keçirilir. Danışıqlarda Minsk Qrupunun Rusiya, Fransa və ABŞ-dan olan həmsədrləri iştirak edirlər.
Qeyd edə ki, Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov hazırda Cenevrədə səfərdədir.
Ölkə.Az
Xəbəri paylaş