Bakı Dövlət Sirki Xaçmaz rayonu İstisu qəsəbəsində çıxış edib.
RegionTV.info xəbər verir ki, Dövlət Sirkindən verilən məlumata görə, Xəzər Dəniz Gəmçiliyinin dəvəti ilə mədəniyyət ocağı Nabranda yerləşən Dənizçi İstirahət Mərkəzinin qonaqları üçün sirk proqramı ilə çıxış edib.
Proqramda alov, lazer, köpük şoularına xüsusi olaraq yer verilib.
Eyni zamanda “Sümüksüz qız”ın nümayiş etdirdiyi tryuklar ayaq üstə alqışlarla qarşılanıb. Bundan başqa proqramda illüzonistlərin də çıxışları tamaşaçıları heyrətləndirib. Həmçinin proqramda “Filaminqo”, “Qaraçı” və milli rəqslər də yer alıb.
Proqramı Bakı Dövlət Sirkinin orkestr heyəti müşayiət edib.
Xəbəri paylaş