Bakı metrosunda yaşlı kişi ilə azyaşlı hamilə qızın görüntüləri çəkilib.
RegionTV.info xəbər verir ki, bu barədə jurnalist Rumiyyə Miraslan məlumat verib. Onun sosial şəbəkədə paylaşdığı paylaşımı olduğu kimi təqdim edirik:
"Üzü tam düşməsə də, yəqin ki, əzizləri (varsa əgər) tanıyar bu kişini. Ağsaqqal görkəmində olsa da, ağçaqqaldı, qızı yaşında, özü də hamilə birini aparıb, Allah bilir, başına nə oyun açacaqdı. Xətai stansiyasında bəstəboy, hamilə bir qız yaxınlaşdı mənə, Koroğlu stansiyasına necə gedə biləcəyini soruşdu. Başa saldım, mənimlə birlikdə qatara mindi. Düşəndə tələsdiyimdən bunu gözləyəmmədim, amma eşitdim ki, arxada kimdənsə yenidən soruşdu Koroğluya necə gedəcəyini. Gəlib Həzi Aslanov stansiyasına gedən qatara mindim, bir də gördüm ki, bir yaşlı kişi həmin qızın əlindən tutub gətirir, oturtdu yanında, qucaqladı qızı, sonra da başladı başını qızın sinəsinə əyib nəsə danışmağa. Hiss olunurdu ki, qız dartınır, qorxur. Əsəblərimə zorla hakim oldum, qatar növbəti stansiyada dayanana yaxın gəlib qarşılarında durdum, qızdan kişinin onu narahat edib-etmədiyini soruşdum. Qız sanki himə bənd imiş kimi atılıb çıxdı kişinin qucağından, özünü tulladı mənim üstümə. Qapılar açılan kimi düşdük, başa saldım ki, belə olanda qorxub susmaq yox, haray salmaq lazımdı. Bir anlıq təsəvvür elədim, o qızın başına gələ biləcəkləri və ağçaqqalı boğmaq istədim.
Bu xəstə, pedofil kişi Xətaidən 09:30-da qatara minib, üzü Həzi Aslanov tərəfə. Yəqin ki, işə gedirdi və ya işdən qayıdırdı. Tanıyanlar varsa, üzünə tüpürsün!"
Xəbəri paylaş