Ermənistan ordusunda silahlı insident baş verib.
RegionTV.info xəbər verir ki, hərbçilərdən biri əsgər yoldaşını güllələyərək öldürüb.
Hadisəni Ermənistan Müdafiə Nazirliyi təsdiqləyib. Bildirilir ki, 16 iyul, saat 21:40 radələrində 2001-ci il təvəllüdlü Artur Xachaturoviç Kazaryan hərbçi yoldaşı tərəfindən güllələnib. O, aldığı güllə yarasından yerindəcə ölüb.
Faktla bağlı Ermənistan Hərbi Prokurorluğunda cinayət işi başlanıb.
Xəbəri paylaş