Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Deputat: “Jurnalistlərin adına tikilən üçüncü bina ehtiyacı olan şəhid və qazi ailələrinə verilməlidir”

“Azərbaycanda jurnalistlərə iki böyük bina inşa edilərək evlər verilib. Bu jurnaist keyfiyyətini əsla dəyişməyib...Alimlərə heç belə qayğı göstərilməyib”.
 
RegionTV.info-nun   xəbərinə görə, bunu deputat Etibar Əliyev deyib.
 
E.Əliyev bildirib ki, alimlərin bir binasındakı evlərin əksəriyyətini Akif Əlizadə və onun ətrafındakı yaxınları zəbt ediblər: “İndi deyirlər ki, jurnalistlərə üçüncü bina tikilir. Ay məmləkət! Ölkədə qəzet demək olar ki, yoxdur. Cəmi üzdə olan 5-6 sayt var ki, yalnız reklam və xəbərlər dərc etməklə məşğuldurlar və başqa adamlar üçün saytları əlçatmaz ediblər, cəmiyyətin imkanlı adamlarına çevriliblər. Analitik yazılar yoxa çıxmaq üzrədir. Müsahibə götürən jurnalisti sonradan axtarırıq ki, fikirlərimiz təhrif olunub. Əvvəlki binalardan mənzil alanların çoxusu jurnalistikanın daşını çoxdan atıb. Jurnailst adı ilə katibələrə, sürücülərə evlər verilib. Bu sənət beləcə ucuzlaşdırılıb. Tanıdıqlarımızın bir neçəsi isə verilən evləri satıblar. Və belə hallar davam etməkdədir. Belə olan təqdirdə mənzil imitasiyasına son qoymaq lazımdır. Jurnalistlərin adına tikilən üçüncü bina ehtiyacı olan şəhid və qazi ailələrinə verilməlidir”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də