Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Yaponiyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 13-ə yüksəldi

Yaponiyanın Sidzuoka prefekturasının Atami şəhərində baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 13 nəfərə yüksəlib.

RegionTV.info-nun   məlumatına görə, bu barədə Yomiuri qəzeti xəbər verib.

Qeyd edilir ki, təxminən 16 insan itkin düşmüş hesab edilir. Ancaq qeyd olunur ki, bu say arta bilər.

İtkin düşənlərin axtarışı üzrə əməliyyat dünən səhər yenidən davam etdirilib.

Sürüşmə nəticəsində təxminən 130 ev dağıntıya məruza qalıb.

İndiyə qədər 18 nəfərin yerini müəyyənləşdirmək mümkün deyil. 500-dən çox insan müvəqqəti otellərə yerləşdirilib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də