Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Düşmən hücumu nəticəsində həlak olan mülki şəxsin adı açıqlandı - RƏSMİ


Təcavüzkar Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir. 
Bununla bağlı Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb. 
Bildirilib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə işğalçı ölkənin silahlı qüvvələrinin yaşayış məntəqələri və silahsızlaşdırılmış zonalar, habelə hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən obyektləri, o cümlədən mülki əhalini hədəfə almaqla 08.10.2020-ci il tarixdə saat 07.00 radələrində Goranboy rayonun Şahməmmdli kəndini ağır artileriyadan atəşə tutması nəticəsində həmin kənd sakini 1957-ci il təvəllüdlü Quliyeva Türyan Tofiq qızı yaşadığı evdə həlak olub, yaşadığı evə isə maddi ziyan dəyib.
Bundan başqa, düşmən ölkənin silahlı qüvvələri tərfindən 08.10.2020-ci il tarixdə saat 04.00 radələrində Gəncə şəhərinə raket zərbələri endirilməsi nəticəsində bir neçə mülki obyektə, 1 avtomobilə və bir neçə yaşayış binasına maddi ziyan dəyib.
Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisənin təfərrüatlarının müəyyən edilməsi istiqamətində  zəruri istintaq tədbirləri həyata keçirilir. 
Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də