Qəbələdə dörd yaşlı uşağı elektrik cərəyanı vuraraq öldürüb.
Hadisə rayonun Yemişənli kəndində baş verib.
Kənd sakinləri - 2016-cı il təvəllüdlü Rəsul Elimdar oğlu Daşdıyev və onun qardaşını qonşularına məxsus həyətdə elektrik cərəyanı vurub. Nəticədə, dörd yaşlı Rəsul Daşdıyev hadisə yerində ölüb, qardaşı isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı Qəbələ rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.