Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Goranboy sakinində narkotik aşkarlanıb

Goranboy sakinində narkotik aşkarlanıb.

RegionTV.info  xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Goranboy rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilən rayon sakini, Anar Hüseynov idarə etdiyi “VAZ 2107” markalı avtomobil ilə rayon ərazisindəhərəkətdə olan zaman saxlanılaraq, polis şöbəsinə gətirilib.

Onun üzərinə və avtomobilinə baxış keçirilən zaman 1.58 qram çəkidə narkotik vasitə olan “heroin” aşkar edilərək götürülüb.

Götürülən maddi sübut ekspertizaya təqdim edilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də