
RegionTV.info-nun məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Zabrat qəsəbəsində avtomobil yolu keçən 1959-cu il təvəllüdlü Həsənova Sofiya Nadir qızını vurub. Yaralı təcili yardımın köməkliyi ilə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və bədənin müştərək travması diaqnozları qoyulub. Onun vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.