Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Xətai Rayon İcra Hakimiyyəti və Xətai Rayon Polis İdarəsi küçələrdə qanunsuz ət kəsiminə qarşı birgə reyd keçirib.
RegionTV.info xəbər verir ki, reyd Xətai rayonu ərazisində təşkil olunub.
AQTA-nın Bakı regional bölməsinin rəisi Zaur Kərimov bildirib ki, dəfələrlə ət satışı ilə məşğul olan şəxslər maarifləndirilib və onlara xəbərdarlıq edilib.
"Bakıda mövcud olan kəsim məntəqələrinin siyahısı ət satışı ilə məşğul olan şəxslərə verilib ki, kəsimi orada həyata keçirsinlər”, - agentliyin rəsmisi deyib.
Xətai rayonu, NZS qəsəbəsi, Zakir Yusifov küçəsində aparılan reydlər zamanı ətlərin üzərində möhürün mövcud olmamasının və satış nöqtəsinin önündə qurğular quraşdırılaraq açıq hava şəraitində ət kəsimi həyata keçirilməsinin şahidi olduq.
Videonu təqdim edirik:
Xəbəri paylaş