Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qubadlıda silah-sursat aşkar edilib

Azad edilmiş Qubadlı rayonu ərazisində silah-sursat aşkar edilib.

RegionTV.info  xəbər verir ki, Bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu gün keçirilmiş tədbirlər zamanı rayon ərazisindəki tərk edilmiş hərbi mövqelərdən 14 ədəd müxtəlif növ qumbara və alışqanları, 41 ədəd qumbaraatan mərmisi, 1 ədəd avtomat, 3 ədəd avtomat darağı və 4313 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.



Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də