Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Koronavirusa qarşı yaranmış antitellər "Delta"ya qarşı da effektlidir - AÇIQLAMA

Koronavirusa yoluxub sağalmış insanların qanında yaranan antitellər "Delta" ştammına qarşı da effektlidir.

RegionTV.info  xəbər verir ki, bunu Trend-ə açıqlamasında infeksionist Vüqar Cavadzadə deyib.

Onun sözlərinə görə, koronavirusa yoluxub sağalmış insanların da "Delta"ya yoluxma ehtimalı var.

"Ümumiyyətlə, koronavirusa yoluxan insanın 6 ay sonra təkrar yoluxma ehtimalı var.

Çünki koronavirusa yoluxan insanın qanında yaranan antitellər 6 ay müddətində qalır, sonra isə tədricən azalmağa doğru gedir və itir.

Koronavirusa yoluxub sağalmış insanların qanında yaranan antitellər əlbəttə ki, "Delta" ştammına qarşı müəyyən qədər qoruyuculuq xüsusiyyəti daşıyır.

"Delta"nın özünə yoluxan şəxslər isə 6 ay sonra yenidən "Delta"ya yoluxa bilərlər" deyə, o bildirib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də