
RegionTV.info xəbər verir ki, bunu K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun pediatrı Azər Əhmədov deyib.
Onun sözlərinə görə, uşaqlarda yay mövsümündə xəstəliyə daha çox rast gəlinir: “Bunun bir çox səbəbləri ola bilər. Əgər 14 gün davam edirsə, xroniki qastroenterit deməkdir. Pandemiya dövrünü də nəzərə alsaq, COVID-19 qastroenteritlərə səbəb ola bilir. Çünki virusun klinik göstəricilərində qusma və ishal şikayətləri olur. Onu da bilirik ki, COVID-19-un uşaqlar arasında ölüm faizi yüksək deyil. Belə olan təqdirdə uşaqlarda adətən simptomatik müalicəyə üstünlük verilir. COVID-19 zamanı da xəstələrdə yüksək hərarət ola bilər. Lakin unutmayaq ki, hər qusma və ishal koronavirus deyil”.