RegionTV.info
“10 noyabr üçtərəfli bəyanatında göstərilir: bütün qaçqınlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Bizim doğma torpağımız Zəngəzurdur, bizim doğma torpağımız Göyçə mahalıdır, İrəvandır. Biz qayıdacağıq əlbəttə”.
Prezident İlham Əliyevin bu fikirləri ondan xəbər verir ki, sülh sazişinin imzalanacağı, mədəni, humanitar əlaqələrin yaranacağı, Ermənistanın düşmənçiliyə son qoyacağı təqdirdə azərbaycanlılar dədə-baba yurdlarına qayıdıcaq, ədalət bərpa ediləcəklər.
Bir sözlə, Azərbaycan tarixi torpaqlarından vaz keçmədiyini bir daha dünyaya elan edir.
Ölkə rəhbərinin irəli sürdüyü fikirlər mühüm əhəmiyyət kəsb etməklə yanaşı, həm də Azərbaycanın xarici siyasət və diplomatiyası qarşısında vacib prioritetləri müəyyənləşdirir.
Bununla da növbəti dəfə Ermənistan üçün bölgədə var olmağın yeganə yolunun Azərbaycanla normal münasibətlərdən keçdiyi reallığı yaranır.
Təbii ki, Ermənistan əsassız iddialarla çıxış etməyə davam edərsə, Azərbaycan öz tarixi haqqını bərpa etmək istiqamətində addımlar ata bilər. Bu, Azərbaycanın həm mənəvi, həm tarixi, həm də siyasi haqqıdır.
Xəbəri paylaş