Aparıcı Afaq Gəncəli maraqlı açıqlaması ilə diqqət çəkib.
RegionTV.info xəbər verir ki, “Ziq-zaq” verilişinə qonaq olan aparıcı insanların plastik əməliyyatlara görə məşhurları qınamasının doğru olmadığını bildirib:
“Son zamanlar məşhurların plastik əməliyyatları mövzusu çox aktualdır. Amma bilmirəm niyə? Əgər plastik cərrahiyə ilə məşğul olan cərrahlar varsa, bu əməliyyatlar da olmalıdır. Heç kimi də məcbur əməliyyat etmirlər. Bu məşhurların şəxsi həyatıdır. Niyə insanlar onları tənqid edirlər?”
Aparıcı bir müddət əvvəl qabırğasını çıxartdıran müğənni Nura Suridən də danışıb:
“Nura Suri qabırğasını, böyrəyini, hətta ürəyini də çıxartdıra bilər. Bir göz ilə, yaxud keçəl də gəzə bilər.
Bu Nura Surinin şəxsi işidir. O özünü elə gözəl görürsə, nə xoş, nə gözəl... Onun sağlamlığı əldən gedəcəksə, özünə olacaq”.
Xəbəri paylaş