Azərbaycan millisinin futbolçusu Bəhlul Mustafazadə "Sabah"dan ayrılıb.
RegionTV.info xəbər verir ki, Klubdan verilən məlumata görə, 24 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
O, karyerasını Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Əyn" klubunda davam etdirəcək.
Qeyd edək ki, Bəhlul Mustafazadə 2019-cu ildən "Sabah"da çıxış edirdi.
Xəbəri paylaş