Azərbaycan ordusu erməni işğalındakı torpaqlarımızı geri almaq üçün uğurla irəliləyir. Ordumuzun əks-hücum əməliyyatı nəticəsində düşmən darmadağın edilir.
Hərbi ekspert Ramil Məmmədli Redaktor.az-a açıqlamasında bildirib ki, Ermənistan ordusu iflic vəziyyətinə düşüb:
"Azərbaycan ordusu Qarabağın həm şimal, həm də cənub istiqamətində uğurlu hərbi əməliyyatları davam etdirir. Müasir döyüş qaydaları çərçivəsində aparılan bu əməliyyatlarda Ermənistan ordusunun yüzlərlə texnikası, minlərlə canlı qüvvəsi məhv edilib. Həmçinin, silah-sursat anbarları, komanda-qərargah məntəqələri sıradan çıxarılıb. Bununla Ermənistan ordusu müdafiə imkanlarını itirərək iflic vəziyyətinə düşüb. Baş verənlər onu deməyə əsas verir ki, Azərabaycan ordusunun sürətli əks-hücum əməliyyatının qarşısını alacaq maneələr ön xətdə aradan qaldırılıb. Müəyyən dövrdən sonra hərbi əməliyyatların birinci mərhələsi yekunlaşacaq. Bununla da Azərbaycan ordusu zəruri addımları davam etdirəcək".