Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Balakəndə "patı" satan şəxslər saxlanılıb-FOTO

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı uğurlu əməliyyat tədbirləri həyata keçirilib.

RegionTV.info  xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı psixotrop maddələrin satışında şübhəli bilinən rayonun Qullar kənd sakini Vasif Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan satmaq məqsədi ilə əldə etdiyi külli miqdarda “patı” kimi tanınan psixotrop maddə-metamfetamin aşkarlanaraq maddi sübut kimi götürülüb.

Keçirilən digər bir əməliyyat zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini İsrafil Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkarlanıb.

Qeyd edilən faktlarla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırmalar aparılır, əməliyyat-istintaq tədbirləri davam etdirilir.





Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də