Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb.
RegionTV.info xəbər verir ki, Mövlud Çavuşoğlu bu haqda öz tvitter hesabında məlumat paylaşıb.
“Can Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev ilə iki ölkə arasındakı münasibətləri müzakirə etdik və regionda baş verən hadisələri dəyərləndirdik. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı”, - deyə türkiyəli nazir qeyd edib.
Xəbəri paylaş