Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ermənistan növbəti dəfə Naxçıvandakı mövqelərimizi atəşə tutub, düşmən susdurulub

İyulun 16-sı saat 10:00 radələrindən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək-Arazdəyən istiqamətində atəşkəs rejimini pozaraq mövqelərdə təkmilləşdirmə işləri aparan mühəndis bölmələrimizin şəxsi heyətini və texnikasını müxtəlif çaplı silahlardan atəşə tutub.

RegionTV.info  xəbər verir ki, Bu barədə Əlahiddə Ümumqoşun Ordudan məlumat verilib.

Bölmələrimizin şəxsi heyəti və texnikasında itki və zərərçəkən yoxdur.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də