
RegionTV.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yüksək temperaturdan 1 ədəd kondisioner əriyib.
Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***11:22
Bakının Binəqədi rayonunda yanğın hadisəsi baş verib.
Hadisə şahidlərinin verdikləri məlumata görə, hadisə 7-ci mikrorayon ərazisində, Süleyman Sani Axundov küçəsində yerləşən yaşayış binasında qeydə alınıb.
Binanın eyvanındakı yanğını söndürmək üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. Yanğın qısa zamanda söndürülüb.
Faktla bağlı araşdırma aparılır.