Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qış parkında dünən nə baş verib? - VİDEO

Dünən ADO teatrının rəhbəri Elmin Bədəlov Qış parkında açıq havada tamaşa keçirib. Sosial şəbəkələrdə E. Bədəlovun və onu izləyən bir neçə nəfərin saxlanılmasını əks etdirən videogörüntü yayılıb. İctimai fəallar tək adamlıq küçə performansının polisin müdaxiləsi ilə dağıdılmasını  tənqid ediblər.

RegionTV.info  xəbər verir ki, DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, həmin tədbir zamanı saxlanılan olmayıb: “Pandemiya şəraitində xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq kütləvi tədbirlərin keçirilməsi qanunla qadağandır.

Buna görə dünən polis əməkdaşları həmin ərazidə toplaşan şəxslərə yaxınlaşaraq profilaktik söhbət aparıb və karantin rejimi dövründə toplaşmağın yolverilməz olduğu bildirilib. Daha sonra orada toplaşan şəxslər ərazidən uzaqlaşdırılıb”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də