Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İİTKM Asiyanın beyin mərkəzləri ilə əməkdaşlığını genişləndirir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) rəhbəri Vüsal Qasımlı Özbəkistanın paytaxtı Daşkənddə “Mərkəzi və Cənubi Asiya regional əlaqələr üzrə çağırışlar və imkanlar” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində bir sıra beyin mərkəzlərinin rəhbərləri ilə görüşlər keçirib.

"RegionTV"info  xəbər verir ki, Bu barədə Mərkəzdən məlumat verilib.

Məlumata görə, həmin qurumların arasında Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Təşkilatı (CAREC), Özbəkistanın İqtisadi Təhlil və İslahatlar İnstitutu, Proqnazlaşdırma və Makroiqtisadi Tədqiqatlar İnstitutu yer alır.

Görüşdə V.Qasımlı Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan sistemli iqtisadi islahatlar nəticəsində beynəlxalq reytinqlərdə mövqelərinin yaxşılaşdırılması barədə məlumat verib. O, islahatların hazırlanması, həyata keçirilməsi, monitorinq və qiymətləndirilməsi sahəsində İİTKM-in təcrübəsini bölüşüb, azranking.az portalı üzərindən islahatların formalaşdırılması, monitoring.az portalında dövlət proqramlarının monitorinq və qiymətləndirilməsi təcrübəsini xüsusi vurğulayıb.

Eyni zamanda, bu görüşlərdə Azərbaycanla Mərkəzi Asiya və Cənubi Asiya ölkələri arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi imkanlarına baxılıb. V.Qasımlı bildirib ki, Azərbaycanın yaratdığı nəqliyyat-logistika infrastrukturu, o cümlədən Zəngəzur dəhlizi və Ələt Azad İqtisadi Zonası Mərkəzi və Cənubi Asiyanın Avropa ilə olan əlaqələrində böyük imkanlara malikdir.




Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də