Şabranda 39 yaşlı kişi meyiti tapılıb.
"RegionTV"info-nun məlumatına görə, hadisə rayon mərkəzində qeydə alınıb.
Belə ki, Şabran şəhər sakini 1982-ci il təvəllüdlü Şahin Abdullayev küçədə ölü vəziyyətdə tapılıb. Hadisə yerinə, həkim briqadası, hüquq-mühafizə orqanlarının əməkdaşları gələrək zəruri istintaq-əməliyyat tədbirləri həyata keçiriblər.
Qeyd edək ki, Ş. Abdullayevin həyat yoldaşının da bir neçə ay əvvəl xərçəngdən vəfat etdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş