Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Cavanşirlə Mənzurə arasında qalmaqal: “Utanmırsan?”

Bir müddət əvvəl müğənni Mənzurə Musayevanın duet ortaqları haqqında səsləndirdiyi “Duet ortaqları sevgili olub, eşq yaşayırlar” sözləri qalmaqala səbəb olub.

"RegionTV"info  xəbər verir ki, əməkdar artist Cavanşir Məmmədov “Xəbər-Ətər” proqramında Mənzurənin ünvanına sərt ittihamlar səsləndirib:

“Öz gözlərində tir görməyənlər, başqa gözlərdə mil axtarırılar. Bəyəm prodüser sevgilin deyil? Sponsor sevgilin deyil? Adam danışanda qadın olduğunu yaddan çıxarmamalıdır.

Biz açıb tökmərik ki, çay nəyin üstündən axır. Amma danışanda diqqətli olmalısan. Elə danış ki, o quyuya özün düşə bilərsən.

Flora Kərimova ilə Gülağa Məmmədov duet ortağı olublar, onlar sevgili idilər? Yaşar Səfərovla Elmira Rəhimova sevgili idilər?

Deyirsən ki, Səyyad Əlizadə ilə Mətanət sevgilidir. Utanmırsan sən? Sən bilirsən bu sözlərin onların ailəsində hansı problemlərə səbəb ola bilər? Sənin haqqında bildiklərini danışsalar yaxşı olar?

Verlişilərdən birində sənə xəbərdarlıq etdim ki, özünü yığışdır. Danışığına fikir ver. Sən mənim haqqımda danışmısan.

Kimin yanında olmusan ki, bu barədə danışırsan. Amma biz çox şeylərin şahidi olmuşuq”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də