Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“İmmun sertifikatı”nı müddətsiz kimlər əldə edə bilər? - VİDEO

"RegionTV.info"
Koronavirus keçirmiş şəxs 6 ayın tamamında icazə verilmiş vaksini vurdurmaqla, "immun sertifikatı"nı müddətsiz edə bilər. Ölkənin baş infeksionisti Təyyar Eyvazov bu barədə açıqlama verib. O, həmçinin vaksinin 3-cü dozası barədə də danışıb. Bildirib ki, bu doza mövcud immuniteti bir qədər də gücləndirdiyi üçün bəzi həssas qrupdan olan şəxslərə vacib hesab olunur. Təyyar Eyvazov "delta" ştammı barəsində də danışıb.
 
Yüksək virus yüklü xəstələrlə çalışan tibb işçiləri və yaşı 60-dan yuxarı olan şəxslərə 3-cü doza vaksin vurdurmaq tövsiyə olunur. Çünki həmin şəxslərdə təkrar yoluxma baş verərsə, xəstəlik daha ağır keçəcək. Bu fikirləri Baş infeksionist Təyyar Eyvazov "İmmunitet və Peyvənd sertifikatı" mövzusunda instaqramda etdiyi çıxışı zamanı səsləndirib. Onun sözlərinə görə, xroniki xəstəliyi və immuniteti zəif olan şəxslər üçün də 3-cü doza vaksinin vurdurulması məsləhətdir.
 
Baş infeksionist bildirib ki, vətəndaşlar 3-cü doza üçün əvvəlki ilə eyni deyil, istənilən fərqli vaksini seçə bilərlər. Hazırda ölkəmizdə olan ştammlardan da danışan Təyyar Eyvazov "Delta"nın Britaniya ştammı olan "alfa"dan 2 dəfə çox yoluxucu olduğunu və respirator virus xəstəliklərinə çox oxşadığını bildirib.
 
"Hava yolu ilə giriş-çıxış zamanı yaxma analizləri verildiyi halda, "delta" ştammı ölkəyə necə daxil ola bilər?" sualı ilə bağlı baş infeksionist bildirib ki, 72 saat əvvəl götürülən test neqativ, ölkəyə daxil olduqdan sonra isə nəticə pozitiv çıxa bilər.
 
Həkimin sözlərinə görə, yeni ştammlardan qorunmağın yeğanə yolu vaksinasiyadır. 2 doza peyvənd olunan şəxslər yeni ştamları daha yüngül və simptomsuz keçirdiyi üçün onların xəstəxanaya yatırılmasına belə ehtiyac qalmır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də