Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Daha bir şadlıq sarayı da qaydanı pozdu

Dünən Gəncə şəhəri, Ş.İ.Xətai 65 ünvanında fəaliyyət göstərən “Dan ulduzu” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub.

"RegionTV.info"  xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Belə ki, pandemiya dövrünün tələblərinə əsasən, 150 nəfərlik şənlik mərasiminin keçirilməsinə icazə verildiyi halda keçirilən baxış zamanı şənlik mərasiminin 220 nəfərin iştirakı üçün nəzərdə tutulduğu aşkarlanıb.

Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub. Eyni zamanda, ciddi qanun pozuntusuna yol verdiyinə görə həmin ictimai iaşə müəssisəsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti dövlət orqanlarına məlumat verilib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də