Bakı metrosunun "Ulduz" stansiyasında sərnişinlərdən biri stansiya yoluna düşüb.
"RegionTV"info xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Onun sözlərinə görə, bu səbəbdən qatarların hərəkəti dayanıb və sərnişinlər təxliyə olunub: "Hadisə saat 19:05-də baş verib. Orta yaşlı bir kişi qatar yoluna düşüb. Bu zaman stansiyaya qatar yaxınlaşırmış. Onu dayandırıb, xətlərdən gərginlik çıxarılıb və sərnişin sağ-salamat çıxarılıb".
Xəbəri paylaş