Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda arvadını öldürən Əfqanıstan vətəndaşı axtarışa verildi

Bakıda Əfqanıstan vətəndaşı arvadını öldürüb.
Binəqədi rayon prokurorluğundan RegionTV.info-ya verilən məlumata görə, iyulun 09-da paytaxtın Binəqədi rayon sakini Nüşabə Səfərova (Səfayi) öldürülüb.
Aparılmış araşdırmalarla zərərçəkmişin əri Əfqanıstan Respublikasının vətəndaşı Səməndər Səfayinin qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı mətbəx bıçağı ilə çoxsaylı xəsarətlər yetirərək Nüşabə Səfərovanı (Səfayi) qəsdən öldürməsinə və tanışı Canmirzə Cabbarovu öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.
İyulun 12-də Səməndər Səfayi təqsirləndirilən şəxs qismində cəlb edilib, ittiham elan etmək üçün barəsində axtarış elan edilib.

Cinayət işi üzrə istintaq davam edir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də