Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ermənistanda iki qubernator oğlu bir-birinə atəş açdı, ölənlər var

Ermənistanın Gorus şəhərində Sünik vilayətinin keçmiş və indiki qubernatorlarının oğulları bir-birinə atəş açıb.
RegionTV.info xəbər verir ki, Sünik vilayətinin keçmiş qubernatoru Surik Xaçatryanın oğlu Tiqran Xaçatryanla bölgənin indiki başçısı Melikset Poqosyanın oğlu arasında atışma olub. Məlumata görə, hadisə nəticəsində ölənlər var.
Qəzetin yazdığına əsasən, Tiqran Xaçatryan 2013-cü ildə də oxşar hadisənin iştirakçısı olub. Həmin vaxt atasının evinin yanında ölümlə nəticələnən atışmaya görə Tiqran həbs edilmişdi. Ancaq məhkəmə sonradan bunu özünümüdafiə ilə əlaqələndirərək ona bəraət vermişdi.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də