Bakı şəhəri, Xəzər rayonunda yerləşən 26 saylı Birləşmiş Şəhər Xəstəxanasında ölüm hadisəsi baş verib.
RegionTV.info xəbər verir ki, bu barədə "report"a ölən şəxsin oğlu vətəndaş Vüsal Hüseynov məlumat verib.
O bildirib ki, atası 56 yaşlı Həsənağa Həsənov həkim səhlənkarlığı nəticəsində vəfat edib:
"Dünən atam səhər öd daşı əməliyyatına girməli idi. Əməliyyat öncəsi bütün analizləri verdik, hər şey normal idi. Deyə-gülə əməliyyata saldıq. Heç 10 dəqiqə keçməmiş ölüm xəbəri gəldi".
Şikayətçinin iddiasına görə, atası narkozun çox verilməsi səbəbindən vəfat edib:
"Narkoz verən həkimin adı da Esmiradır. Hadisədən sonra prokurorluq əməkdaşları gəldi, meyit yarıldı və ekpertiza edildi. Cavabın nə zaman çıxacağını bilmirik".
Həkim Əziz Mərdiyev bildirib ki, o, xəstəni əməliyyat etməyib:
"Əməliyyat otağına girdim ki, xəstə qaralıb, narkoz stolunda ölüb. Mən heç bir müdaxilə etməmişəm. Narkozdan sonra trombdan vəfat edib. Meyit ekspertiza tərəfindən müayinə olunub. Ölüm səbəbini onlar dəqiqləşdirəcək".
Xəbəri paylaş