Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda öldürülən gəlin görün kimdir - Hadisənin şok təfərrüatı üzə çıxdı

Şəmkirdə baş verən qətlin bəzi təfərruatları məlum olub.
RegionTV.info-nun   məlumatına görə, 1990-cı il təvəllüdlü Mahizər Hüseynova həyat yoldaşı, 1976-ci il təvəllüdlü İntizam Hüsenovdan boşanmaq üçün məhkəməyə müraciət edib.
Bu səbəbdən İ.Hüseynov əsəbiləşərək qayınanasıgilə gələrək həyat yoldaşının ondan boşanmasına etiraz edib. İ.Hüseynov əvvəlcə qayınanasına, daha sonra həyat yoldaşına bir neçə bıçaq zərbəsi vurub.
Bu barədə APA-nın hadisə yerində olan əməkdaşına mərhumum Sədaqət İbadullayevanın bacısı deyib.
Onların sözlərinə görə, İntizam bir neçə dəfə onlara gələrək ailələrini öldürməklə hədələyib.
Qeyd edək ki, M.Hüseynova İ.Hüseynovun əmisi qızıdır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də