Gəncədə yağıntılı hava şəraiti bir sıra fəsadlar törədib.
RegionTV.info bildirir ki, ötən gün axşam 22 radələrindən yağan güclü yağış selə səbəb olub.
Sel şəhərin bir neçə küçəsində avtomobillərin hərəkətinə, həmçinin, insanların gediş-gəlişinə çətinliklər yaradıb.
Şəhərin Sadıllı, Məhsəti qəsəbəsi sel suları altında qalıb. Bəzi həyətlərə sel suları ilə dolub. Hazırda ölkənin qərb bölgəsində - Göygöl, Samux, Daşkəsən, Şəmkir və Gədəbəy rayonlarına qeyri-sabit hava şəraiti davam edir.
Xəbəri paylaş