
RegionTV.info bildirir ki, hadisə Salyan rayonunun Qarabağlı kəndində qeydə alınıb.
"UAZ" markalı avtomobil kənd sakini, 2012-ci il təvəllüdlü Hümbətov Fuad İsmayıl oğlunu vurub. 9 yaşlı uşaq ağır kəllə-beyin travması ilə Şirvan xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.