Sabirabadda qadını əmioğluları döyərək zorlayıblar.
RegionTV.info xəbər verir ki, rayonunun Həşimxanlı kənd sakini, 44 yaşlı qadın polisə müraciət edərək bildirib ki, iyunun 12-də saat 22 radələrində kənd sakinləri olan əmoğlular - Faiq Əmrahov və Əvəz Əmrahov onun yaşadığı mənzilə daxil olaraq əvvəlcə onu döyüb, sonra da zorlayıblar.
44 yaşlı qadın olanları belə xatırlayır: “Həmin gecə saat 22 olardı. İki nəfər evimin qapısını sındırıb basqın elədilər. Evə girən kimi Faiq adlı adam məni döydü. Saçımdan tutub məni evdə sürüdü. Nə qədər qışqırdım səsimə hay verən olmadı. Sonra da təcavüz elədilər. Bir də ayıldım ki, heç kim yoxdur çıxıb gediblər. Çox sərxoş idilər. 3 gün sonra polisə müraciət elədim. Gəldilər apardılar şöbəyə. Şöbədə də olanlara nə olmuşdu hamısını dedim. Anası minnətə gəlmişdi, deyirdi pul verək, torpaq, ev verək, şərait yaradaq sənə. Mən də imtina etdim, dedim istəmirəm, qışqırdım evdən qovdum”.
Faktla bağlı Sabirabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 149.1-ci (zorlama) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Qeyd edək ki, təcavüzə məruz qalan qadının həyat yoldaşı bir neçə il bundan qabaq dünyasını dəyişib. O, 13 yaşlı oğlu ilə birgə yaşayır, kənd mağazalarından birində xadimə işləyir.
Xəbəri paylaş