İranın Fəraşbənd bölgəsində kəndlərdən birində yaşayan 85 yaşlı Amo Haci qəribə rekorda imza atıb.
RegionTV.info xəbər verir ki, 65 ildir yuyunmayan şəxs, gigiyenik cəhətdən təmiz olmayan yerdə səfil həyat tərzi sürür.
Tutun onun ən böyük vərdişidir. Siqaret tapa bilirsə, eyni anda 4-5-ni birdən çəkir. Tapa bilməsə, qəlyan halına gətirdiyi metal boruya heyvan gübrəsini doldurub çəkir. Ətrafdan topladığı gübrələri yandıran Haci gecələri komada yatır. Vücudunu kir təbəqəsi örtən şəxs, 65 ildir üzünü təraş etmir.
65 ildir yuyunmayan Amo hər hansı tibbi ehtiyacı və keçmişdə travması olmayıb.
Yaşlı kişi sadəcə məsləhət bilmədiyi üçün yuyunmaqdan uzaq durur. Əgər bunu edərsə, xəstələnəcəyini düşünür. Onunla eyni kənddə yaşayan sakinlər isə Hacinin nakam sevgi yaşadığı üçün bu vəziyyətə gəldiyini söyləyir.
Xəbəri paylaş