"Bu qaniçənlərin hamısını həbs edib cəzalarını kəsmək gərəkdir..."
Ermənistanın 3-cü terrorçu eks-prezidenti, Xocalı qatillərindən biri Serj Sarkisyan da Qarabağa gəlib.
Erməni nəşrlərinin yaydığı məlumata görə, Azərbaycanın işğal altındakı Xankəndi şəhərinə gələn Sərkisyan qondarma separatçı rejimin rəhbər şəxsləri ilə görüşüb.
Serj Sərkisyanın gəlişinin yerli əhali tərəfindən soyuq qarşılandığı da bildirilir. Onlar eks-prezidentin döyüşlərin 7-ci günü Qarabağa gəlməsini gecikmiş addım hesab edirlər.
Xatırladaq ki, oktyabrın 1-dən Ermənistanın 2-ci terrorşu eks-prezidenti Robert Köçəryan, keçmiş baş naziri Ovik Abramyan, keçmiş polis rəisi Vladimir Qasparyan, keçmiş vitse-prezident Armen Gevorkyan, keçmiş baş Qərargah rəisi Yuri Xaçaturov, keçmiş müdafiə naziri Seyran Ohanyan, Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan və digər canilər Qarabağa gəliblər.
P.S.Azərbaycanın çoxdan yaxalamaq istədiyi canilər bir yerə toplanır. Bu qaniçənlərin hamısını həbs edib cəzalarını kəsmək gərəkdir...