Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Şəkidə iki minik avtomobili toqquşub, xəsarət alan var

Şəkidə bir nəfərin xəsarət alması ilə nəticələnən yil-nəqliyyat hadisəsi baş verib.                 
RegionTV.info bildirir ki, hadisə Yevlax Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Şəki rayonunun Cəfərabad kəndinin ərazisindən keçən 41-ci km-də qeydə alınıb. Belə ki, Şəkinin Şirinbulaq kənd sakini, 1965-ci il təvəllüdlü Bebişov Faiq Abbas oğlunun idarə etdiyi "Daimler Chrysler E200" markalı 66 BG 033 dövlət qeydiyyat nişanlı avtomobil Sumqayıt şəhər sakini, 1965-ci il təvəllüdlü Kişvarov Eldar Hacırza oğlunun idarə etdiyi "Hyundai Accent" markalı 99 DU 450 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.
Qəza nəticəsində "Hyundai Accent"də olan Sumqayıt şəhər sakini, 1947-ci il təvəllüdlü Antonoviç Qalina Alekseyevna aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də