
Bəs görəsən bunun səbəbi nədir və nə dərəcədə düzgündür?
Mövzu ilə bağlı RegionTV.info-ya açıqlama verən millət vəkili, iqtisadçı Azər Badamov bildirib ki, əgər menyunun hesabı tam şəkildə toy sahibi tərəfindən ödənilirsə, artıq qalmış bütün ərzaq və içkilər toy sahibinə qaytarılmalıdır:
“Çünki həmin məhsulların dəyəri artıq ödənilib. Təəssüf ki, paytaxtda yerləşən əksər restoranlarda toy sahibinə heç nə qaytarmır. Bir çox hallarda bir toyda istifadə olunan ərzaqlar digər toylarda da təkar istifadə edilir. Bu, insanların vaxtı keçmiş məhsullardan zəhərlənməsinə gətirib çıxarır”.
Millət vəkili Vahid Əhmədov da toydan sonra ərzağın və içkinin toy sahibinə qaytarılmamasını düzgün hesab etmir:
“Çünki toy sahibi artıq menyunun pulunu ödəyib. Bu pulun müqabilində restoran ona yemək və digər xidmətləri təklif edir. Nəticədə bu ərzaq və içkilər toy sahibinindir, artıq qalanlar geri qaytarılmalıdır. Lakin restoranlar daha çox qazanc əldə etmək üçün bundan imtina edirlər.