ABŞ-da rekord istilər hökm sürür.
RegionTV.info bildirir ki, Kaliforniyanın cənub hissəsi və Arizona sərhədi boyunca uzanan Ölüm Vadisində havanın hərarəti 56 dərəcəyə çatıb.
"Daily Mail" qəzetində yer alan məlumata görə, kəskin istilər 50 milyona yaxın insana təsir edib. Bölgədə yaşayan milyonlarla insana xəbərdarlıq edilib. Xüsusilə uşaqlar və yaşlıların daha diqqətli olmaları tövsiyə olunur.
ABŞ-ın qərb hissəsinə təsir edən istilər dağlıq bölgədə bir çox meşə yanğınlarına səbəb olub. Kaliforniya, Oreqon, Vaşinqton və İdahoda onlarla yanğın baş verib.
Xeyli insan istilər səbəbindən həyatını itirib.
Xəbəri paylaş