
Səhər saatlarından etibarən Bakı-Sumqayıt yolunda uzun tıxac müşahidə olunur.
Tıxac Bakı-Sumqayıt yolunun paytaxta gedən istiqamətində yaranıb. Xırdalan qəbiristanlığından başlayan tıxac "20 Yanvar" dairəsinə qədər davam edir.
Yaranan sıxlıq yolda avtomobillərin hərəkətini iflic edib.